Rami Bensebaini “Borussiya”nı “Borussiya”ya dəyişdi

Bundesliqada 2022/2023 mövsümü bitən kimi Mönhenqladbax “Borussiya”sından ayrılan Rami Bensebaini özünə yeni komanda tapıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu Dortmund “Borussiya”sına keçib.

Bu barədə müdafiəçinin yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Əlcəzairdən olan futbolçu ilə 4 illik müqavilə imzalandığı açıqlanıb.

Xatırladaq ki, Rami Bensebaini 2019-cu ilin avqust ayından Mönhenqladbax “Borussiya”sının formasını geyinirdi. O, bu komandada 113 oyuna çıxıb, 25 qol və 8 assist məhsuldar ötürmə müəllifi olub.

Daha öncə “Renn”, “Lyers” və “Monpelye”də də oynamış sol cinah müdafiəçisi Əlcəzair yığmasında 53 oyuna 6 qol vurub.