Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün TFF Birinci Liqanın 24-cü turu çərçivəsində “Keçiörengücü” ilə qarşılaşıb.
Səfərdə baş tutan görüş Kocaeli klubunun xal itkisi ilə yekunlaşıb. Ramilin komandası meydanı heç-heçə ilə tərk edib – 2:2.
Şeydayev bu oyunun 63-cü dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb. Amma milli üzvü komandasına heç nə ilə kömək edə bilməyib.
Ardıcıl üçüncü oyunda xal itirən “Kocaelispor” bu nəticədən sonra 44 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Cari mövsümdə 5-ci dəfə 1 xalla kifayətlənən futbolçumuzun komandası, 13 qələbəyə sevinib, 6 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Ramil Şeydayev “Kocaelispor”a yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 5 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
Xəbəri paylaşın:
- Click to share on Facebook (Opens in new window) Facebook
- Click to share on WhatsApp (Opens in new window) WhatsApp
- Click to share on X (Opens in new window) X
- Click to share on Telegram (Opens in new window) Telegram
- Click to email a link to a friend (Opens in new window) Email
- Click to share on LinkedIn (Opens in new window) LinkedIn
- Click to share on Reddit (Opens in new window) Reddit
- Click to share on Tumblr (Opens in new window) Tumblr
- Click to share on Pinterest (Opens in new window) Pinterest
- Click to share on Pocket (Opens in new window) Pocket
- Click to share on Nextdoor (Opens in new window) Nextdoor
- Click to share on Mastodon (Opens in new window) Mastodon
- Click to print (Opens in new window) Print