“Qarabağ”ın hücumçusu Ramil Şeydayev futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün bombardiri olub.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün yekun vurulan mövsümdə 22 qola imza atıb.
O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.
“Qarabağ”ın tarixində 8-ci dəfə futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdamlılar bununla da ölkə rekordunu təkrarlayıb. “Neftçi”nin də üzvləri 8 bombardirlik yaşayıb. Amma Bakı klubunun üzvləri 7 fərqli mövsümdə bunu bacarıb. “Qarabağ”ın futbolçuları isə 8 mövsümdə bombardir adına sahib çıxıb.
1992. Nazim Əliyev (“Xəzər”) – 39 qol
1993. Samir Ələkbərov (“Neftçi”) – 16
1993/94. Musa Qurbanov (“Turan”) – 35
1994/95. Nazim Əliyev (“Neftçi”) – 26
1995/96. Rövşən Əhmədov (“Kəpəz”) – 23
1995/96. Fazil Pərvərov (“Kəpəz”) – 23
1996/97. Qurban Qurbanov (“Neftçi”) – 34
1997/98. Nazim Əliyev (“Dinamo”) – 23
1998/99. Alay Bəhramov (“Viləş”) – 24
1999/00. Badri Kvaratsxeliya (“Şəmkir”) – 16
2000/01. Paşa Əliyev (“Dinamo-Bakılı”) – 13
2003/04. Samir Musayev (“Qarabağ-Azərsun”) – 20
2004/05. Zaur Ramazanov (“Karvan”) – 21
2005/06. Yakuba Bamba (“Karvan”) – 16
2006/07. Zaur Ramazanov (“Xəzər-Lənkəran”) – 20
2007/08. Xaqani Məmmədov (“İnter”) – 19
2008/09. Valter Quqlemon (“İnter”) – 17
2009/10. Fərid Quliyev (“Standard”) – 16
2010/11. Georgi Adamiya (“Qarabağ”) – 18
2011/12. Bahodir Nasimov (“Neftçi”) – 16
2012/13. Nikolas Kanales (“Neftçi”) – 26
2013/14. Reynaldo Silva (“Qarabağ”) – 22
2014/15. Nurlan Novruzov (“Bakı”) – 15
2015/16. Dani Kintana (“Qarabağ”) – 15
2016/17. Filip Ozobiç (“Qəbələ”) – 11
2016/17. Rauf Əliyev (“İnter”) – 11
2017/18. Baqali Dabo (“Qəbələ”) – 13
2018/19. Mahir Emreli (“Qarabağ”) – 16
2019/20. Baqali Dabo (“Neftçi”) – 7
2019/20. Mahir Mədətov (“Qarabağ”) – 7
2019/20. Stiven Monroz (“Neftçi”) – 7
2019/20. Peyman Babayi (“Sumqayıt”) – 7
2020/21. Namiq Ələsgərov (“Neftçi”) – 19
2021/22. Kadi Borges (“Qarabağ”) – 12
2022/23. Ramil Şeydayev (“Qarabağ”) – 22