Ramin Nəsirli 14 dəqiqə oynadı, komandası “Liepaya”ya uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 17-ci turu çərçivəsində baş tutan “Liepaya” ilə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə doğma meydanda qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

Ramin bu matçın 76-cı dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

“Dauqavpils” 17 turdan sonra 13 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək.