Ramin Nəsirli RFS-ə qarşı 75 dəqiqə oynadı

Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 16-cı turu çərçivəsində baş tutan RFS-lə matçın iştirakçısı olub.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:3.

Ramin bu matça start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Nazim Həsənzadə isə RFS-lə matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Dauqavpils” 16 turdan sonra 13 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.