Ramin Nəsirli və Nazim Həsənzadə Latviyada debüt etdilər

Azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadə Latviyanın “Dauqavpils” komandasında debüt matçına çıxıblar. Arena.az xəbər verir ki, onlar bu gün baş tutan Latviya çempionatının 1-ci turu çərçivəsində baş tutan “Tukums 2000” ilə matçın iştirakçısı olublar.

“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası mövsümə məğlubiyyətlə başlayıb – 0:1.

Hər iki futbolçumuz “Dauqavpils”dəki debüt matçına start heyətdə çıxıb. Nazim 82, Ramin isə 88-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: