Azərbaycanlı yarımmüdafiəçi Ramin Nəsirli Latviyanın “Dauqavpils” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, bu gün Latviya çempionatının 14-cü turu çərçivəsində baş tutan “Valmiera” ilə matçın iştirakçısı olub.
“Dauqavpils” bu rəqiblə səfərdə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 0:1.
Ramin bu matçın 55-ci dəqiqəsində meydana buraxılıb. Əvvəlki turlarda 2 qol və 1 assist müəllifi olmuş azərbaycanlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.
Bu komandada forma geyinən digər azərbaycanlı futbolçu – Nazim Həsənzadə isə “Valmiera” ilə matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Dauqavpils” 14 turdan sonra 10 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin Nəsirli “Dauqavpils”də 2023-cü ilin sonuna kimi icarə əsasında çıxış edəcək. Nazim Həsənzadə isə “Turan Tovuz”a məxsusdur. O, Latviya klubunda mayın 31-nə kimi icarədə olacaq.