“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəqib komandanı təbrik edirəm. Fikrimcə, bu gün gözəl, baxımlı futbol oynadıq. Düzdür, itirdiyimiz 3 xal çempionat boyu bizə çox lazım olacaq. Lakin bu gün futbolçularımın oyuna hazırlığından, yanaşmasından və göstərdiyimiz futboldan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, paltardəyişmə otağında onlara təşəkkür etdim. Futbolda belə anlar olur. Bəzən pis oynayıb qələbə qazanırsan, bəzən də yaxşı oynayıb məğlub olursan. Bu da, belə oyunlardan biri idi”.