Ramin Quliyev: “Oyunçular futbola aid hər şeyi göstərdilər”

“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Maraqlı və baxımlı oyun keçdi. Futbola aid hər şey var idi. Çoxlu qol imkanlarımız oldu. Baxmayaraq ki, heç-heçə qeydə alındı. Meydandakılar futbola aid hər şeyi göstərdi. Futbola yanaşmaları, meydanda sona qədər mübarizə aparmaqları məni sevindirdi. Buna görə uşaqlara təşəkkür edirəm. Qol vura bilməməyimizə gəlincə, hər şeyi tam yoluna qoymağımız üçün bizə vaxt lazımdır”.