“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının “Leççe” ilə 30-cu tur səfər oyununu (1:0) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Biz həmişə sona qədər inanmalıyıq. Bu, çətin oyun idi, amma komandam elə, əvvəlcədən çox diqqətli idi.
Biz iki yaxşı fürsəti əldən verdik, ardınca isə meydanın rəqibə aid hissəsində topu axmaqcasına itirərək, onlara fürsət yaratdıq. İkinci hissədə daha çətin idi, oyunun kəskinliyi nisbətən daha az olsa da, bu, ölüm-dirim mübarizəsi idi. Mövsümün bu kəsimində belə oyunlar ən çətin oyunlardır”, deyə Ranyeri vurğulayıb.
30 oyundan 52 xalla “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Leççe” isə 25 xalla 16-cı pillədədir.
A Seriyasına 29 oyundan 64 xal toplamış “İnter” başçılıq edir.


