Ranyeri “Tottenem”lə heç-heçəni şərh etdi

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Tottenhem”lə səfər heç-heçəsini şərh edib.

Arena.az xatırladır ki, “canavarlar” iki dəfə hesabda geri düşmələrinə rəğmən, 90+1-ci dəqiqədə vurduqları qolla, çətin səfərdən 2:2 hesablı heç-heçə ilə qayıda biliblər.

“Uşaqlar əla oyun nümayiş etdirdilər. “Napoli” ilə görüşdə (0:1) gördüklərimdən narazı qalmışdım, çünki sadəcə müdafiə olunmağı sevmirəm. Mənim çatdırmaq istədiyim ismarış da budur. Bu dəfə çox aydın bildirdim və futbolçularıma dedim ki, mənə yalnız müdafiəni düşünən komanda gərək deyil. Əgər rəqib hücuma keçməyə çalışsa, biz də eyni surətdə cavab verməliyik”, – “Football Italia” nəşri qocaman italyan mütəxəssisdən sitat gətirir.

5 turdan sonra “Roma” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 21-ci pillədə qərarlaşıb. “Tottenhem” isə 10 xalla 9-cu pillədədir.