“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 31-ci turunun “Yuventus”la ev oyununu (1:1) şərh edib.
Arena.az jurnalist Nikolo Skiraya istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Yuventus” – əla komandadır. Əgər təxmin vermək zərurəti ilə üzləşsəydim, mən “Yuve”nin mövsümü ilk dördlükdə bitirəcəyinə qoyuluş edərdim. Təəssüf ki, bu gün rəqib, bizim, oyunda ən yaxşı kəsimimizi keçirdiyimiz vaxt qol vurdu”, deyə Ranyeri vurğulayıb.
31 oyundan 53 xalla “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 56 xalla 5-ci pillədədir.
A Seriyasına 68 xalla “İnter” başçılıq edir.


