Rauf Əliyev sıraya döndü

“Səbail”in zədəli futbolçusu Rauf Əliyev artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçu Premyer Liqanın 26-cı turunun “Səbail” – “Neftçi” matçında (0:4) başından ağır zədə almışdı. Təcili xəstəxanaya aparılan millimizin sabiq hücumçusuna bir neçə tikiş atılmışdı. Rauf Əliyev bu səbəbdən 27-ci turun “Zirə” – “Səbail” matçını (0:2) buraxmışdı.

“Səbail” çempionatın son turu çərçivəsində sabah “Sumqayıt”la qarşılaşacaq. “ASCO Arena”da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.