FİFA referisi Rauf Cabbarov 21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rauf Cabbarov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali Makedoniya – Gürcüstan qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov olacaq.
Xatırladaq ki, Şimali Makedoniya – Gürcüstan oyunu noyabrın 16-da keçiriləcək. Skopye şəhərində baş tutacaq bu matça Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.


