Rayan Donk “Qalatasaray”ı “Kasımpaşa”ya dəyişdi

Türkiyənin “Qalatasaray” klubundan ayrılan Niderland əsilli surinamlı yarımmüdafiəçi Rayan Donk karyerasını yenə Super Liqada davam etdirəcək. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu Türkiyənin “Kasımpaşa” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

Rayan Donk 2016-cı ildən “Qalatasaray”da çıxış edirdi. İstanbul klubunda bütövlükdə 137 matça çıxan yarımmüdafiəçi, bu görüşlərdə 7 qola da imza atıb. O, 2016/17 mövsümündə İspaniyanın “Betis” klubunda icarədə də oynayıb. Yarımmüdafiəçi 2013-2016-cı illər aralığında da “Kasımpaşa”nın formasını geyinib.

Donk “Brügge”, “Vest Bromviç”, “Alkmaar” kimi klubların da formasını geyinib.