Razvan Luçesku istefaya göndərildi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu baş məşqçisi Razvan Luçeskunu istefaya göndərib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Luçeskunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

50 yaşlı mütəxəssisin yerinə “Əl-Hilal”ın “sükanı arxasına” braziliyalı Rocer Mikael gətirilib. Razvan 2019-cu ilin yayından Səudiyyə Ərəbistanı klubunda idi.

Razvan Luçesku rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.