“Real” 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirakı müqabilində digər bütün klublar arasında ən yüksək qazanc sahibi olacaq.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “qaymaqlılar”a təkcə qrup mərhələsinin oyunlarında iştirak üçün 30 milyon avro məbləğində ödəniş ediləcək. İspaniya nəhəngi FIFA Klub Dünya Kubokunu qazansa, 100 milyon avro məbləğində qazanac götürəcək.
“Real”ın ötən mövsüm UEFA Çempionlar Liqasını qazanması müqabilində də eyni məbləği aldığı vurğulanır.
Xatırladaq ki, 2025-ci il klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək.
“Kral klubu” “Əl-Hilal”, “Paçuka” və “Zalsburq”un yer aldığı qrupda mübarizəyə başlayacaq.