“Real” 80 milyon avrodan çox qənaət edəcək

Kərim Benzema, Eden Hazard, Marko Asensio və Mariano Dias kimi futbolçularla yollarını ayıran “Real” maddi baxımdan irəli düşəcək.

Arena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Kral klubu” bu futbolçuların gedişindən sonra, bonuslar daxil olmaqla 80 milyon avrodan çox qənaət edəcək.

Məlumata görə, Asensio və Dias ildə 9 milyon avro, Benzema və Hazard müvafiq olaraq 28 milyon və 30 milyon avro məvacib alırdılar. Həmçinin, oyunçular üçün təxminən 5-7 milyon avro dəyərində olan müəyyən bonuslar da “Kral klubu” tərəfindən ödənilirdi.

Xatırladaq ki, “Real”ın adı sadalanan futbolçularının müqavilə müddəti iyunun sonunda bitəcək. “Qaymaqlılar” müqaviləni yeniləməmək qərarına gəliblər. Futbolçular azad agent kimi Madrid klubunu tərk edəcəklər. Hazardla 2024-cü ilin yayına qədər olan müqavilə isə Madrid klubu tərəfindən ləğv edilib.