“Real” “Barselona”nı 125 illiyi münasibətilə təbrik etdi

“Real” əzəli rəqibi “Barselona”nı Kataloniya klubunun noyabrın 29-da qeyd etdiyi 125 illik yubileyi münasibətilə təbrik edib.

Arena.az məlumat verir ki, “kral klubu” bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən “blauqrana”ya təbrik ismarışı ünvanlayıb:

“Barselona”nı 125 illik yubileyi münasibətilə təbrik edirik. “Real” üçün tariximiz boyu sizin kimi böyük bir rəqiblə rəqabət aparmaq böyük şərəfdir”, – “qaymaqlılar”ın ismarışında deyilir.

Xatırladaq ki, İspaniya La Liqasının cari mövsümünün 11-ci turunda “Barsleona” “Santyaqo Bernabeu”da baş tutmuş son “el klasiko”da əzəli rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.

La Liqanın 14 turundan sonra 34 xal toplamış “Barselona” yarış cədvəlinin zirvəsində qərarlaşıb. 13 oyundan 30 xalla “Real” əzəli rəqibini 2-ci pillədən daban-dabana təqib edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: