“Real” Çempionlar Liqasında möhtəşəm nailiyyət yaşadı

Çempionlar Liqasının “Mançester Siti” ilə 1/16 finalının Madriddəki cavab oyunu İspaniya nəhəngi “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, italyan mütəxəssisin Karlo Ançelottinin “qaymaqlılar”ı “şəhərlilər”i 3:1 hesabı ilə məğlub edərək (ilk oyun 3:2), mübarizədən kənarlaşdırıb və yarşın 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Beləliklə, Madrid klubu ardıcıl 22-ci dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb ki, bu da yarışın tarixi rekordudur. “Kral klubu”nun müvafiq silsiləsi Çempionlar Liqasında 1/8 final mərhələsinin təsis edildiyi 2003/2004-cü illər mövsümündən bəri davam edir.

Xatırladaq ki, 1/8 final mərhələsinə vəsiqə qazanmış “Real” bu mərhələdə Madrid “Atletiko”su və ya Leverkuzen “Bayer”i ilə qarşılaşacaq.

Əlavə edək ki, İspaniya nəhəngi UEFA Çempionlar Liqasının cari çempionu və həminin yarışın tarixində ən uğurlu klubdur. “Kral klubu”nun muzeyində 15 qənimət var.