“Real” – “Jirona”: Xoselunun “acgözlüyü” özünə bir dərs oldu

La Liqanın 24-cü turunun “Real” – “Jirona” oyununun (4:0) sonlarında “qaymaqlılar”ın futbolçuları arasında maraqlı hadisə baş verib.

Arena.az bu barədə “Real French Madrid” dərgisinə istinadən məlumat verir.

“Real” “Jirona”nın futbolçusunun cərimə meydançasında etdiyi kobudluğa görə penalti vurmaq hüququ əldə edib. Meydan sahiblərinin ispan hücumçusu Xoselu penaltini yerinə yetirmək üçün getsə də, bir anda onu dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni dayandırıb. Fransalı futbolçu topu Xoseludan almağa çalışıb, amma penaltini özü yerinə yetirmək üçün deyil. Tçuameni penaltini oyunun sonunda meydana çıxmış gənc türk yarımmüdafiəçi Arda Gülərin yerinə yetirməsini istəyib. Tçuamenin məqsədi Gülərin yeni komandasında inam qazanmasına kömək etmək istəyindən ibarət olub. Üstəlik, penaltini məhz Arda özü qazandığı üçün, komanda yoldaşı 11 metrlik zərbəni də türk futbolçunun vurmasını məqsədəuyğun hesab edib.

Lakin Xoselu özünə əl qatıb, topu geri verməkdən qəti şəkildə imtina edib və penaltini özü yerinə yetirib. Amma “acgözlüyü” Xoseluya bir dərs olub – ispan hücumçunun zərbəsindən sonra top dirəyə tuş gəlib.

Xatırladaq ki, “Real” – “Jirona” oyunu Gülər üçün “qaymaqlılar”ın heyətində La Liqa çərçivəsində ikinci olub. Gənc türk yarımmüdafiəçinin hələ heç bir səmərəli fəaliyyətə imza atmayıb.