“Real” “Çelsi”nin alman hücumçusu Kay Havertsi yay transfer pəncərəsi üçün müəyyən etdiyi hədəflər siyahısından çıxarıb.
Arena.az “Marca”ya istinadən xəbər verir ki, Haverts artıq “Kral klubu”nun maraq dairəsində deyil.
Madridlilər alman hücumçunu əldə əldə etmək üçün heç bir cəhd etməyiblər. Hazırda “Real”ın müqavilə imzalamağa can atdığı yeganə hücumçu “Tottenhem”in hücumçusu Harri Keyndir.
“Çelsi” də hücumçusunun komandada qalmasında maraqlıdır və tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar aparılır. Bu, “Çelsi”nin yeni təyin edilmiş baş məşqçisi argentinalı Mauriso Poçettinonun da maraqları çərçivəsindədir.
Vurğulayaq ki, bir qədər əvvəl, məhz Poçettino Havertsin adına digər klublardan, xüsusilə “Real”dan gələn ixtiyari təklifi əngəlləmək üçün müvafiq tədbirlər görmüşdü.
Geridə qalmış 2022/2023 mövsümündə 23 yaşlı alman hücumçu “zadəganlar”ın heyətində 47 oyuna çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib. Haverts 2020-ci ildən “Çelsi” üçün çalışır.
Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Havertsi 60 milyon avro məbləğində qiymətləndirir.