“Real” Lukas Vaskes ilə yeni müqavilə bağladı

İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Lukas Vaskes ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi 29 yaşlı ispan futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.

Vaskes “Real”ın öz yetirməsidir. O, 2014/15 mövsümündə “Espanyol”da icarədə oynayıb. Bu komandadan Madrid təmsilçisinə qayıdandan sonra isə o, “Real”ın əsas komandasında forma geyinməyə başlayıb.

İspaniya millisinin də üzvü olan futbolçu, “Real”da indiyə qədər 240 matça çıxıb, 26 qola imza atıb.