“Real” zədəli hücumçusu Kilian Mbappeyə “Atletiko” ilə Madrid derbisi zamanı “Metropolitano” tribunasında yer almağı qadağan edib.
Arena.az bu barədə “Ekip” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Mbappe Madrid derbisi zamanı “qaymaqlılar”a dəstək olmaq üçün “Metropolitano” stadionunda olmaq istəyib. Amma vurğulanır ki, “Real” tribunada baş verə biləcək hər hansı təxribatdan sığortalanmaq məqsədilə Mbappeyə qadağa qoyub.
Xatırladaq ki, Mbappe La Liqanın 7-ci turunun “Alaves”lə oyununda (3:2) zədələnib.
“Real” bu gün, sentyabrın 29-da İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Metropolitano”da Madrid “Atletiko”sunun qonağı olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
7 oyundan 17 xalla “Real” La Liqanın yarış cədvəlində 2-ci pillədə, “Atletiko” isə 15 xalla 3-cü pillədə qərarlaşıb. La Liqaya 8 oyundan 21 xal toplamış “Barselona” başçılıq edir.