İspaniyanın “Real Sosyedad” klubu əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Xabi Alonso 2019-cu ildən “Real Sosyedad”ın əvəzedici komandasında çalışır. Alonsonun rəhbərlik etdiyi kollektiv 3-cü divizionda liderdir.
Alonsonun adı Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu ilə hallanırdı. İspan mütəxəssisin yeni mövsümdə Bundesliqa komandasını çalışdıracağı iddia olunurdu.


