İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Takefusa Kubonu yenidən icarəyə verib. Arena.az xəbər verir ki, yaponiyalı futbolçu 2021/22 mövsümünü icarə əsasında “Malyorka”da keçirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kubo daha əvvəl – 2019/20 mövsümündə də “Malyorka”da icarədə oynamışdı.
Takefusa Kubo 2019-cu ildən “Real”dadır. Lakin 20 yaşlı futbolçu hələ Madrid təmsilçisində əsas heyətə düşə bilmir. Bu üzdən o, əvvəlki illərdə “Vilyarreal” və “Xetafe”də də icarədə oynayıb.