“Real” rəsmi oyunlarda 900 qol vurmuş ilk futbolçu kimi tarixə düşmüş portuqal hücumçu Kristiano Ronaldoya müraciət ünvanlayıb.
Arena.az xatırladır ki, ulduz hücumçu UEFA Millətlər Liqasının A qrupunun 1-ci turu çərçivəsində baş tutan Xorvatiya yığması ilə oyunda (2:1) həlledici qolu vurub.
Bu, Ronaldonun futbolçu karyerasında vurduğu 900-cü qol olub.
“Daha bir tarixi fəsil: “Real”ın və dünya futbolunun ən böyük əfsanələrindən birinin peşəkar karyerasında 900 qol. Təbriklər, əziz və sevimli Kristiano! “Real” və onun azarkeşləri həmişə səninlə fəxr edəcəklər” – “Kral klubu”nun rəsmi “X” sosial şəbəkə hesabın paylaşıb.
Ronaldo tarixdə rəsmi oyunlarda 900 qol vurmuş ilk futbolçu olub. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 131 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.


