İspaniya nəhəngi “Real” Türkiyə millisinin və “Fənərbaxça”nın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülər ilə maraqlanır.
Arena.az bu barədə AS portalına istinadən xəbər verir.
“Real”la yanaşı Güler həmçinin “Milan”ın, “Barselona”nın, PSJ-nin və adı çəkilməyən bir neçə İngiltərə Premyer Liqası klubunun maraq dairəsindədir.
Türk futbolçunun müqaviləsində 17,5 milyon avro qarşılığında sərbəstqalma maddəsi var.
Güləri mətbuatda tez-tez “Türk Messi” adlandırırlar. Aprel ayında keçirilmiş “Fənərbaxça” – “Qalatasaray” oyununda azarkeşlər tribunadan üzərində “Arda Güler – Türk Messi” yazılmış lövhə asıblar.
2022/2023 mövsümündə Arda Gülər “Fənərbaxça”nın heyətində 35 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə edib. Bir neçə gün öncə isə o, Türkiyə millisinin heyətində AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirdikləri ev oyununda (2:0) çox baxımlıq qola imza atıb.
“Transfermarkt” internet-portalı Güləri 15 milyon avro məbləğində qiymətləndirir.