“Real” və “Barselona”nın sabiq hücumçusu vəfat etdi

Futbol üzrə İspaniya millisinin sabiq hücumçusu Xusto Texada vəfat edib.

Arena.az xəbər verir ki, veteran futbolçu 88 yaşında dünyasını dəyişib.

1961-1963-cü illərdə “Real”ın formasını geyinmiş forvard bu komandanın heyətində iki dəfə La Liqa, bir dəfə isə İspaniya kubokunun qalibi olub.

Qeyd edək ki, İspaniya millisində 8 oyun keçirən Xusto Texada “Barselona” və “Espanyol”un da formasını geyinib.