“Real”da Serxio Ramos şoku – əməliyyat olunacaq

İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramos əməliyyat olunacaq.

Arena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun kapitanı dizindəki problem səbəbi ilə əməliyyat ediləcək.

Əməliyyatın yaxın günlərdə baş tutacağı bildirilir. Əməliyyatdan sonra Ramosun təxminən iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, Serxio Ramos sonuncu dəfə İspaniya Super Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Atletik”ə 1:2 hesabıyla uduzduqları oyunda iştirak edib. 34 yaşlı kapitan məhz bu səbəbdən həmin görüşdən sonrakı “Alkoyano” (1:2), “Alaves” (4:1) və “Levante” (1:2) ilə görüşləri buraxmaq məcburiyyətində qalmışdı.

Yeri gəlmişkən, bu gün La Liqanın 22-ci turu çərçivəsində səfərdə “Hueska”nın qonağı olacaq “Real” bu oyuna ciddi itkilərlə yollanıb. Baş məşqçi Zinədin Zidanın hətta “18-liy”i qurmaqda belə çətinlik çəkdiyi bildirilir. Məsələ burasındadır ki, Ramosla yanaşı, Dani Karvaxal, Rodriqo, İsko və Eden Hazard da zədədən əziyyət çəkir. Naçonun isə koronavirus testi pozitiv çıxdığı üçün karantindədir. Eder Militao da qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır.

Heyətdəki itkilər səbəbindən Zidan “Hueska” matçın iştirak ərizəsinə cəmi 17 futbolçu daxil edə bilib. Ehtiyat oyunçular skamyasında isə bu altı futbolçu yer alacaq: Marselo, Mariano, Viktor Çust, Marvin Park və iki qapıçı – Andrey Luninlə Dieqo Altube.