“Real”ın futbolçuları La Liqanın 11-ci turunda “Barselona”ya 0:4 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlməkdən imtina ediblər.
Arena.az bu barədə “El Chiringuito” dərgisinin jurnalisti Edu Aqirreyə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, oyunsonrası müsahibədə yalnız “qaymaqlılar”ın italyan baş məşqçisi Karlo Ançelotti iştirak edib. Mətbuatın, “Real” oyunçuların davranışından məəttəl qaldığı, həmçinin klub haqda meydanda və ya meydandan kənarda aparıcı keyfiyyətlər nümayiş etdirmədiyi qənaətinə gəldiyi deyilir.
11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.