“Real”ın prezidentində koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, Peresin koronavirus testinin müsbət çıxdığı bildirilib. Hazırda Peresin səhhətinin yaxşı olduğu diqqətə çatdırılıb. O, xüsusi nəzarət altındadır.