Bu gün, fevralın 6-da Madrid “Real”ının və İspaniya yığmasının sabiq qapıçısı Migel Anxel 76 yaşında vəfat edib.
Arena.az məlumat verir ki, Migel Anxel peşəkar futbolçu karyerasını bitirdikdən sonra “Real”ın əsas komandasının nümayəndəsi olub və qapıçılar üzrə məşqçi çalışıb.
Migel Anxel 1967-1986-cı illərdə “Real”da oynayıb. O, “qaymaqlılar”la 8 dəfə İspaniya çempionu olub və 5 dəfə İspaniya Kral Kubokunu qazanıb. 1985-ci ildə Migel Madrid klubunun tərkibində UEFA Kubokunun qalibi olub.
1975-1982-ci illər aralığında Migel Anxel 18 oyunda İspaniya yığmasının şərəfini qoruyub, 2 dünya çempionatında (DÇ-78 və DÇ-82) iştirak edib.


