“Real”ın zədəlilərindən ikisi sağalıb.
Arena.az xəbər verir ki, İspaniya klubunda Dani Karvaxal və Lukas Vaskes artıq sıraya dönüb.
Hər iki futbolçu komanda ilə birlikdə məşqlərə başlayıb.
Madrid təmsilçisinin digər zədəliləri – Eder Militao, Marselo, Rodriqo, Alvaro Odriosola və Eden Hazard isə hələ də sağalmayıblar. Onlar fərdi məşq edirlər və La Liqanın növbəti turunun “Valensiya” ilə oyununu buraxacaqlar. Yenicə əməliyyat olunan Serxio Ramos isə bərpa prosesi keçir.
Qeyd edək ki, “Real” – “Valensiya” oyunu fevralın 14-də keçiriləcək.