Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bosniya və Herseqovina ilə AÇ-2024-ün seçmə oyununda (2:1) qazanılmış qələbəni şərh edib.
Arena.az “Sport.ua” dərgisinə istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz oyunu son 15 dəqiqədə dəyişdik. Çox çətin oyun gözləyirdik. Bosniya və Herseqovina yığması quruluşunu dəyişib və üç mərkəz müdafiəçisi ilə oynayırdı. Elə çətin oyun idi ki… Meydan sahibləri çox yaxşı müdafiə olunurdu, ona görə də o müdafiə xəttini yarmaq çətin idi. Nə yaxşı ki, qalib gəldik”, deyə Rebrov məmnunluqla bildirib.
İndi Ukrayna millisini Avropa çempionatının final mərhələsinə vəsiqə üçün İslandiya sınağı gözləyir. Oyun martın 26-da Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda keçiriləcək.