Rednik və iki köməkçisində koronavirus aşkarlandı

Hazırda Rumıniyanın “Viitorul” klubunu çalışdıran “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik və onun iki köməkçisi koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, həmin şəxslər ikinci məşqçi Sorin Radoy və qapıçılarla iş üzrə məşqçi Ştefan Predadır.

Bununla əlaqədar Rednik qarşıdakı iki həftə müddətində məşqləri onlayn qaydada keçəcək. Oyunlar vaxtı isə texniki zonadan komandaya Katalin Angel və Kristian Sava rəhbərlik edəcək.

Qeyd edək ki, Mirça Rednik “Viitorul”a 2020-ci ilin dekabrında baş məşqçi təyin olunub. Bu klub 20 oyundan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək “Xəzər Lənkəran”nın baş məşqçisi olub.