Redon Cica – Yeni mövsümün ilk qolunun müəllifi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün ilk qolunu “Qarabağ”ın hücumçusu Redon Cica vurub.

Arena.az xəbər verir ki, bu top 1-ci turun bu gün keçirilən ilk oyununa təsadüf etdi.

Ardıcıl üçüncü mövsümdə ilk qol “Dalğa Arena”da qeydə alınıb. Mövsümün açılış oyununda “Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica “Araz-Naxçıvan”la səfər görüşünün 6-cı dəqiqəsində fərqlənib.

Ardıcıl 4-cü mövsümdə ilk qola legioner imza atıb. Bir il əvvəlki kimi yenə bu top “Araz-Naxçıvan”la matça təsadüf edib.

Azərbaycan çempionatlarının ilk qolları

123456
199203.05.1992Mehman AlışanovQarabağİnşaatçı S1:2
199327.02.1993Mehman BaxışovKürAvey2:0
1993/9425.09.1993Nazim ƏliyevXəzər SXəzri3:1
1994/95*07.08.1994Mehman İbrahimovPambıqçı Nİnşaatçı B1:0
  Məmməd İbrahimovPambıqçı BXəzər L1:1
1995/96**30.07.1995    
1996/9718.09.1996Qurban QurbanovNeftçiFərid3:0
1997/9814.09.1997Təbriz HəsənovQarabağSumqayıt1:0
1998/9915.08.1998İsmayıl MəmmədovKimyaçıNeftqaz8:3
1999/2000*29.10.1999Aqil MəmmədovKimyaçıOİK2:0
  Mahir ƏliyevŞəmkirDinamo2:0
2000/0105.08.2000Təbriz HəsənovQarabağAraz1:0
2001/0218.08.2001Qurban QurbanovNeftçiÜmid0:4
2003/0417.05.2003Dmitri KudinovQarabağ-AzərsunŞahdağ-Samur5:0
2004/0507.08.2004Aqil MəmmədovQarabağŞəfa1:5
2005/0612.08.2005Junivan SuaresTuranQarabağ2:1
2006/0705.08.2006Andre LadaqaBakıOlimpik1:0
2007/0811.08.2007Xaqani MəmmədovİnterMasallı3:0
2008/0909.08.2008Kənan KərimovQəbələNBC4:1
2009/1014.08.2009Oleq QvelisianiStandardMuğan0:1
2010/1107.08.2010Baçana SxadadzeSimurqGəncə1:1
2011/1206.08.2011Con PeluRəvanKəpəz3:2
2012/1304.08.2012İrakli BerayaKəpəzTuran1:2
2013/1402.08.2013Mindauqas KalonasBakıQəbələ1:2
2014/1509.08.2014Rauf ƏliyevXəzər LənkəranAZAL1:1
2015/1609.08.2015Viktor İqbekoyiZirəAZAL0:1
2016/1706.08.2016Elvin BədəlovNeftçiAZAL0:2
2017/1811.08.2017Mahir MədətovQarabağNeftçi1:3
2018/1911.08.2018Mirabdulla AbbasovNeftçiSumqayıt0:2
2019/2016.08.2019İsmayıl İbrahimliQarabağKeşlə0:1
2020/2121.08.2020Azər SalahlıKeşləSumqayıt0:1
2021/2214.08.2021Yurgen QoxaSəbailSabah 0:1
2022/2305.08.2022Mohamed HamdauiZirəKəpəz 1:2
2023/2404.08.2023Martin PetkovTuran TovuzAraz-Naxçıvan0:3 
2024/2502.08.2024Redon CicaQarabağAraz-Naxçıvan 

1 – mövsüm, 2 – tarix, 3 – ilk qolun müəllifi, 4 – komandası, 5 – rəqib, 6 – hesab.

* – iki futbolçu eyni vaxtda qol vurub.

** – həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil.