Region Liqasında bütün 1/8 finalçılar bəlli oldular

AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində sonuncu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, bununla da pley-offa vəsiqə qazanmış bütün komandaların adına aydınlıq gəlib.

Belə ki, 8 qrupda ilk iki yeri tutmuş kollektivlər 1/8 finala yüksəliblər. 1/8 finala vəsiqə qazanan komandalar bunlardır:

“Record Club”, “Şirvanovka”, “Çinar Zəngilan”, “Dirçəliş”, “Xudat City”, “Topçular”, “Marafon”, “Şirvan” OİK, “Xankəndi”, “Şirvan”, “Zəfər 44”, “Biləsuvar”, “Ağstafa Gəncləri”, “Bərdə”, “Göyəzən”, “Naftalan”.

Regin Liqasında pley-off mərhələsinin püşkatma mərasimi aprelin 22-də AFFA-nın inzibati binasında keçiriləcək. Tədbirə saat 15:00-da start veriləcək.