Region Liqasında final matçının təyinatları açıqlandı

AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü yer uğrunda oyununun və final görüşünün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal uğrunda qarşılaşacaqlar. “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda üz-üzə gələcəklər. Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Region Liqası
22 may

3-cü yer uğrunda oyun

“Göyəzən” – “Ağstafa Gəncləri”
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
Qəbələ şəhər stadionu. Saat 14:00.

Final

“Şirvan” – “Xankəndi”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Rəhim Həsənov.
Qəbələ şəhər stadionu. Saat 17:00.