Futbol üzrə Fransa milli komandasının keçmiş hücumameyilli yarımmüdafiəçisi Remi Kabella “Lill” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu azad agent kimi Yunanıstanın “Olimpiakos” komandasına keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
Remi Kabella karyerası ərzndə “Monpelye” (121 oyun, 28 qol, 18 assist), Marsel “Olimpik”i (81 oyun, 13 qol, 8 assist), “Sent-Etyen” (64 oyun, 17 qol, 12 assist), “Krasnodar” (62 oyun, 17 qol, 11 assist), “Nyukasl” (34 oyun, 1 qol, 2 assist) və “Arl-Avinyon” (18 oyun, 3 qol) kimi klubların da formasını geyinib. O, 2022-ci ilin yayından “Lill”də çıxış edirdi. Təcrübəli futbolçu Liqa 1 təmsilçisinin heyətində 113 oyuna çıxıb, 13 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.
Kabella 2014-cü ilin may ayında debüt erdiyi Fransa milli komandasında da 4 matç keçirib. Təcrübəli oyunçu bu görüşlərdə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.


