Renat Dadaşov 26 dəqiqə oynadı, “Tondela” 1 xal qazandı

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 25-ci turu çərçivəsində “Belenenseş”lə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Renat bu görüşün 64-cü dəqiqəsində meydana buraxılıb.

“Tondela” 25 turdan sonra 21 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.