Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 27-ci turu çərçivəsində “Aruka” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Renat bu görüşün 8-ci dəqiqəsində meydana buraxılıb.
“Tondela” 27 turdan sonra 22 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


