Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində “Fənərbaxça” ilə qarşılaşıb.
“Hatayspor” bu rəqiblə ev oyunundan məğlubiyyətlə ayrılıb – 0:2. Hataylılar 24-cü və 40-cı dəqiqələrdə buraxılan qollarla xalsız qalıblar.
Dadaşov bu oyunun 79-cu dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 28 turdan sonra 29 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 28 oyunda 6 qələbə qazanıb, 11 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 24 oyun keçirib və 4 qol vurub.
Xəbəri paylaşın:
- Click to share on Facebook (Opens in new window) Facebook
- Click to share on WhatsApp (Opens in new window) WhatsApp
- Click to share on X (Opens in new window) X
- Click to share on Telegram (Opens in new window) Telegram
- Click to email a link to a friend (Opens in new window) Email
- Click to share on LinkedIn (Opens in new window) LinkedIn
- Click to share on Reddit (Opens in new window) Reddit
- Click to share on Tumblr (Opens in new window) Tumblr
- Click to share on Pinterest (Opens in new window) Pinterest
- Click to share on Pocket (Opens in new window) Pocket
- Click to share on Nextdoor (Opens in new window) Nextdoor
- Click to share on Mastodon (Opens in new window) Mastodon
- Click to print (Opens in new window) Print