Renat Dadaşov məhsuldar ötürmə etdi, komandası…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 17-ci turu çərçivəsində “Yanq Boyz”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının 90+4-cü dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də azərbaycanlı hücumçu verib. O, 86-cı dəqiqədə sarı vərəqə də alıb.

“Qrasshopper” hazırda 20 xalla 10 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.