Renat Dadaşov oynadı, “Tondela” evdə uduzdu

Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 3-cü turu çərçivəsində “Portimonense” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Tondela” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Renat qarşılaşmanın 79-cu dəqiqəsində meydana buraxılıb.

“Tondela” üç turdan sonra 3 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.