Azərbaycanlı hücumçu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Portuqaliya çempionatının 22-ci turu çərçivəsində “Eştoril”lə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. Qarşılaşma “Tondela”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
“Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov, “Tondela”da icarə əsasında forma geyinir.


