Renat Dadaşov “Qrashopper”də ilk qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 3-cü turu çərçivəsində “Yanq Boyz” ilə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. İki qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb – 1:1.

Renat Dadaşov bu görüşdə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin hücumçusu meydana çıxandan cəmi 3 dəqiqə sonra – 49-cu dəqiqədə rəqib qapısına yol tapmaqla hesabı bərabərləşdirib. Dadaşov 90+4-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Xatırladaq ki, azərbaycanlı futbolçu ötən tur baş tutan “Luqano” ilə oyunun (2:1) da əlavə vaxtında sarı vərəqə almışdı.

“Qrasshopper” hazırda 4 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.