Renat Dadaşov “Qrashopper”də ilk rəsmi matçına çıxdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında ilk rəsmi matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 2-ci turu çərçivəsində “Luqano” ilə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 2:1.

Renat Dadaşov bu görüşdə fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb. Bundan 1 dəqiqə sonra da komandası qələbə qolunu vurub. Dadaşov bu oyunda 90+1-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.