Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 34-cü turu çərçivəsində “Sürix”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.
Renat Dadaşov bu görüşün 60-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.
“Qrasshopper” hazırda 43 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 32 oyuna 8 qol, 3 məhsuldar ötürmə və 9 sarı vərəqə var.