Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 19-cu turu çərçivəsində “Bazel”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.
Renat Dadaşov bu görüşün 61-ci dəqiqəsində meydana buraxılıb.
“Qrasshopper” hazırda 24 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.